BİRJA

20 Oktyabr

Asiya birjaları Pauellin açıqlamalarından sonra ucuzlaşıb

Bu gün Asiya-Sakit Okean bazarları aşağı düşüb. Dünən  geniş satışdan itkiləri artırıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu, Fed sədri Pauellin inflyasiyanın hələ də çox yüksək olduğunu və ehtimal ki, aşağı iqtisadi artım tələb edəcəyini söylədikdən sonra baş verib. Dünən ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 16 ildən sonra ilk dəfə 5 faizi ötüb.

Pauell son məlumatların qiymətlərin yavaşlamaya doğru irəlilədiyini göstərdiyini bildirsə də, pul siyasətinin hələ çox sərt olmadığını əlavə edib.

Asiya investorları Yaponiyanın sentyabr ayı 3 faizlik inflyasiya məlumatlarını, BOJ-nin 2 faizlik hədəfinin ardıcıl 18-ci ayı və Çinin bir illik və beş illik kredit faizlərini də nəzərə alacaqlar.

Avstraliyada SP/ASX 200 1,37 faiz dəyər itirib.

İnflyasiya məlumatları açıqlandıqdan sonra Yaponiyanın Nikkei 225 indeksi  0,97%, Topix indeksi isə 0,93 faiz azalıb.

Cənubi Koreyanın Kospi indeksi 1,98 faiz, Kosdaq isə 2,97 faiz ucuzlaşıb.

Honq Konqun Hang Seng indeksi ticarətin ilk saatında 0,77 faiz, Çinin CSI 300 indeksi isə 0,43 faiz ucuzlaşıb. Çin Xalq Bankı oktyabr ayı üçün etalon kredit faiz dərəcələrini dəyişməz olaraq saxlayıb.

Günel Məlikzadə
Fins.az