BİRJA

20 Oktyabr

ABŞ-da 3 kriptovalyuta şirkətinə qarşı "fırıldaqçılıq" iddiası

Nyu York Baş prokuroru Letitia James tərəfindən edilən açıqlamada kriptovalyuta şirkətləri Gemini, Genesis və onların törəmə şirkətləri ilə DCG-yə qarşı investorları aldatdıqları səbəbi ilə iddia açıldığı açıqlanıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sözügedən şirkətlərin 230 mindən çox investoru 1 milyard dollardan çox aldatdığı qeyd edilib.

Açıqlamada, Baş Prokurorluğun apardığı araşdırma nəticəsində Gemini-nin Genesis ilə birlikdə işlədiyi "Gemini Earn" adlı investisiya proqramı ilə bağlı investorlara yalan danışdığı və Gemini-nin  investorlara Genesis-ə sərmayə qoyduqlarını dəfələrlə dediyi ifadə edilib. "Gemini Earn " proqramı az riskli bir sərmayə idi.

Açıqlamada bildirilib ki, baş prokurorun araşdırması nəticəsində Gemini-nin Genesis-in daxili təhlili şirkətin maliyyə hesabatlarının riskli olduğunu göstərib.

Günel Məlikzadə
Fins.az