Türkiyədə səhm balansına malik investorların sayının 17 oktyabr 2023-cü il tarixinə ən yüksək həddə çataraq 8 milyonu keçib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Qeydiyyat Agentliyi (MQA) sosial media hesabında açıqlama yayıb.
Açıqlamada səhm portfelinin dəyərinin 11,08 trilyon TL olduğu açıqlanıb.
İnvestor sayındakı aylıq artım 9,79 faiz olduğunu ifadə edən agentlik, illik artımın 193,32 faiz-ə çatdığını qeyd edib.
Digər tərəfdən, portfel dəyər artımının aylıq 9,52 faiz, illik isə 166,04 faiz olduğu açıqlanıb.
Məhəbbət Məmmədov
Fins.az