BİRJA

18 Oktyabr

Asiya fond bazarları ucuzlaşır

Çindən gələn iqtisadi məlumatların gözləniləndən daha güclü artım göstərməsindən sonra Asiya bazarları sessiyanın əvvəlində bəzi enişlər edib.

Fins.az xəbər verir ki, Çin Milli Statistika Bürosu iyul-sentyabr rübündə əvvəlki illə müqayisədə 4,9 faiz artım qeydə alındığını bildirib.

İqtisadçılar ölkə iqtisadiyyatının 4,4 faiz artım göstərəcəyini təxmin edirlər.

Honq-Konqun Hang Seng indeksi yüzdə 0,02, Çinin CSI 300 indeksi isə 0,39 faiz ucuzlaşıb.

Avstraliyanın SP/ASX 200 indeksi işsizlik məlumatlarından əvvəl 0,16 faiz yüksəlib. İşsizlik səviyyəsi Avstraliya Ehtiyat Bankının pul siyasətini təyin edərkən nəzərə aldığı əsas göstəricilərdən biridir.

Yaponiya bazarlarında isə Nikkei 225 0,21 faiz, Topix isə 0,18 faiz ucuzlaşıb.

Məhəbbət Məmmədov
Fins.az