İnvestorlar bu həftə Çin və Yaponiyadan əsas iqtisadi məlumatları gözlədikləri üçün Asiya-Sakit Okean bazarları həftəyə zəif başlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin üçüncü rübün ümumi daxili məhsul rəqəmlərini açıqlayacaq. İqtisadçılar illik artımın əvvəlki rübdəki 6,3 faizdən 4,4 faizə düşəcəyini gözləyirlər.
Çin Xalq Bankı gözlənildiyi kimi bir illik ortamüddətli kredit faiz dərəcəsini dəyişməyərək 2,50 faiz səviyyəsində saxlayıb.
Yaponiyanın sentyabr ayı inflyasiya məlumatlarının, ölkənin mərkəzi bankının 30 və 31 oktyabrda keçiriləcək pul siyasəti iclasından əvvəl açıqlanacağı gözlənilir.
Cümə axşamı Cənubi Koreya Mərkəzi Bankı da faiz qərarını açıqlayacaq. Koreya Bankı fevral ayından bəri ardıcıl beş iclasda faiz dərəcələrini 3,5 faiz səviyyəsində sabit saxlayıb.
Avstraliyada SP/ASX 200 həftəyə 0,24 faiz itki ilə başlayıb.
Yaponiyanın Nikkei 225 indeksi 1,67 faiz, Topix isə 1,32 faiz ucuzlaşıb.
Cənubi Koreyanın Kospi indeksi 0,58 faiz azalıb.
Honq-Konqun Hang Seng indeksi 0,05 faiz marjinal enişlə açılıb, Çinin CSI 300 indeksi isə açılışda yüzdə 0,19 düşüb.
Günel Məlikzadə
Fins.az