BİRJA

13 Oktyabr

ABŞ inflyasiya məlumatlarından sonra istiqrazlarda satış dalğası

ABŞ-da gözləniləndən yüksək olan sentyabr inflyasiya məlumatlarının ardından ABŞ istiqraz bazarı 2020-ci ilin mart ayından bəri ən pis gününü yaşayıb. Dünən 30 illik istiqrazların gəlirliliyi 19 baza bəndinə yüksəlib. Günü 16 baza bəndi artımla başa vurub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu artım pandemiyadan sonra ən yüksək artım kimi qeydə alınıb. ABŞ xəzinə istiqrazlarının bütün ödəmə müddətləri nəzərə alındığında, ən az 9 baz bəndlik artım yaşanarkən, 10 illik istiqraz faizi 14 baz bənd artaraq  4,70%-ə yüksəlib. 5% səviyyəsinə qədər spekulyasiya edilməyə başlanıb.

TD Securities strateqləri Gennadiy Goldberg və Molly McGown bir qeyddə "ABŞ istiqrazlarına tələbatın aşağı olması ilə bağlı narahatlıqlar yeni yüksək səviyyələrin yenidən sınaqdan keçirilməsi ilə nəticələnə bilər" deyib.

Günel Məlikzadə
Fins.az