Gündə 7,5 trilyon dollarlıq valyuta ticarəti bazarında hərəkətin harada olduğunu bilmək üçün Apple Inc-in balans hesabatına baxmaq lazım deyil.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, texnologiya nəhənginin 135 milyard dollar dəyərində valyuta törəmələri var. Onlardan bəziləri bir çox bazarlarda məzənnə dəyişikliyindən qorunmaq üçün istifadə olunur. Alphabet Inc.-in bu müqavilələrdən təxminən, 60 milyard dollarlıq bir qismi var. Müqayisə üçün onu deyək ki, dünyanın pula yönəlmiş hedcinq fondları cəmi 78 milyard dolları idarə edir.
Günel Məlikzadə
Fins.az