Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2173024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,447.7774 (8.35%) manat və 9,450.9026 (8.3%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,270,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,447.7774 (8.35%) manat, orta ölçülmüş qiyməti isə 9,448.5380(8.34%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 20.06.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az