BİRJA

12 Oktyabr

Asiya birjaları ABŞ-ın inflyasiya məlumatlarından əvvəl yüksəlib

Asiya-Sakit Okean bazarları investorların oktyabrın 31-də başlayacaq siyasət iclasında FED-in faiz dərəcəsi qərarını yönləndirəcək əsas ABŞ istehlakçı inflyasiya məlumatlarını gözlədiyi üçün yüksəlib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avstraliyada SP/ASX 200 0,22 faiz dəyər qazanıb.

Yaponiyada Nikkei 225 1,33 faiz dəyər qazanıb. Uniqlo sahibi Fast Retailing-in səhmləri günün sonunda açıqlanacaq tam illik mənfəət hesabatından əvvəl 0,48 faiz artıb.

Cənubi Koreyanın Kospi indeksi təxminən 1 faiz artaraq iki həftənin ən yüksək səviyyəsinə yaxın qalıb.

Honq Konqun Hang Seng indeksi 1,76 faiz, Çinin CSI 300 indeksi isə 0,83 faiz artıb.

ABŞ-da hər üç əsas indeks gecəni yaşıl rəngdə bağlanıb. Dow Jones Industrial Average indeksi 65,57 bənd və ya 0,19% artaraq 33 804,87 bənd olub. SP 500 indeksi 0,43 faiz artımla 4376,95 bənd bağlanıb. Nasdaq 0,71 faiz artımla 13,659,68 bənd bağlanıb.

Günel Məlikzadə
Fins.az