Bu gün Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1,000 manat olan AZ2013020287 dövlət qeydiyyat nömrəli, 425,000 (dörd yüz iyirmi beş min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Fins.az xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 399,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 399,000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Günel Məlikzadə
Fins.az