Asiya-Sakit Okean Birjaları Çindən gələn istehsal məlumatları böyümə zonasına qayıtdıqdan sonra qarışıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çinin fabrik fəaliyyəti apreldən bəri ilk dəfə sentyabrda artıb. Çinin PMI göstəricisi sentyabrda 49,7-dən 50,2-yə yüksələrək iqtisadçıların 50,0 gözləntilərini üstələyib.
Çin bazarları bir həftəlik "Qızıl Həftə" tətili üçün bağlanıb. Cənubi Koreya və Honq-Konqda da bazarlar bayramlara görə bağlanıb.
Yaponiyanın Nikkei 225 indeksi yüzdə 1,50, Topix isə yüzdə 1,1 artımla əməliyyat olunub.
Yaponiyanın əsas istehsalçılarına inamın əvvəlki üç ayda 5 baldan üçüncü rübdə 9 bəndə yüksəldiyi görülüb.
Avstraliyanın SP/ASX 200 indeksi 0,23 faiz dəyər itirib.
Cümə günü ABŞ-da üç əsas indeks qarışıq idi. Dow və SP 500 sessiyanı müvafiq olaraq 0,5 faiz və 0,3 faiz enişlə başa vuraraq iki indeks üçün mənfi həftəni başa vurub. Nasdaq 0,1 faiz bahalaşıb.
Həftə sonu ABŞ qanunvericiləri hökumətin bağlanmasının qarşısını alan müvəqqəti razılaşma əldə ediblər.
Günel Məlikzadə
Fins.az