BİRJA

29 Sentyabr

Qlobal istiqraz gəlirləri üçün yeni gözləntilər

ABŞ-ın bütün gəlir əyrisi bu həftə yüksəlsə də, uzun müddət üçün yeni həddlər üfüqdədir.

Fins.az xəbər verir ki, Pershing Square Capital-ın təsisçisi Bill Ackman, ABŞ-ın 30 illik istiqrazlarının gəlirliliyinin 5 faizlik həddi keçəcəyi təqdirdə təəccüblənməyəcəyini söyləyib. CNBC-yə danışan Ackman, enerji qiymətlərindəki və faiz dərəcələrindəki artımın narahatlıq mənbəyi olaraq qaldığını ifadə edib. Geosiyasi gərginliyin qısa müddətdə ən böyük bazar riski olduğunu da vurğulayıb.

ABŞ-ın 30 illik gəliri dünən 4,81 faizə çatıb ki, bu da 2010-cu ildən bəri ən yüksək səviyyədir. 30 illik gəlirlərdə rüblük artım demək olar ki, 100 baza bəndinə çatıb ki, bu da 2009-cu ildən bəri ən sürətli sıçrayışdır.

FED-in uzun və yüksək faiz əlaqəsi ilə yanaşı, ABŞ-da artan dövlət kəsirləri uzunmüddətli gəlirlərin daha sürətlə artmasına səbəb olub.
Günel Məlikzadə
Fins.az