BİRJA

06 Sentyabr

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Sentyabrın 6-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2150024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5%) manat və 9,938.1625 (8%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17,070,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,934.3231 (8.5%) manat və orta ölçülmüş qiyməti 9,936.9434 (8.16%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 17,070,000 manat təşkil etmişdir.  
Notların ödəmə tarixi 04.10.2023-cü ildir.