İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Traktor MTZ-82” markalı texnika 1 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 5 000 manata satılıb.
Fins.az xəbər verir ki, hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki //clck.ru/35bQhv vasitəsilə tanış olmaq mümkündür.
11, 12, 14, 19 və 26 sentyabr tarixlərində keçiriləcək hərraclara 109 əmlak çıxarılacaq.