BİRJA

05 Sentyabr

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

6, 7, 8 Sentyabr tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)

 

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi

7

AZ2149024708

08.09.2023

20.000.000

10.000

2.000

15.09.2023

28

AZ2150024704

06.09.2023

20.000.000

10.000

2.000

04.10.2023

84

AZ2151024703

07.09.2023

20.000.000

10.000

2.000

30.11.2023

168

AZ2152024702

06.09.2023

20.000.000

10.000

2.000

21.02.2024

252

AZ2153024701

07.09.2023

20.000.000

10.000

2.000

16.05.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

7 günlük not hərracında sifarişlər 9982,5403-9985,4282 qiymət intervalında təqdim edilə bilər.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.