BİRJA

04 Sentyabr

Avropada təbii qazın bahalaşması davam edir

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Fins.az xəbər verir ki, 4 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 412,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (399,6 dollar) ilə müqayisədə 3,3% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Fuad Mədətov
Fins.az