BİRJA

31 Avqust

Avropada qazın qiyməti artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
 
Fins.az xəbər verir ki, 30 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 398,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393 dollar) ilə müqayisədə 1,3% çoxdur.
 
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
 
Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.