BİRJA

30 Avqust

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 30-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2145024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,935.0908 (8.4%) manat və 9,937.3944 (8.1%) manat olan 6 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,670,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,935.9353 (8.29%) manat və orta ölçülmüş qiyməti 9,936.5914 (8.2%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.  
Notların ödəmə tarixi 27.09.2023-cü ildir.