BİRJA

30 Avqust

Avqustun 29-da növbəti hərrac keçirilib

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Təşkil edilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi və 16 nəqliyyat vasitəsi özəlləşdirilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 29-da hərrac keçirilib. Hərracda "Anar” ASC-nin 30 faizlik səhm paketi satılıb.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 400 manat olsa da, ən son təklif 25 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3 250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4 550 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.