Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 11 486 min barel azalaraq, təxminən 422 041 min barel təşkil edib.
Fins.az-ın Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 900 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.