BİRJA

30 Avqust

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,31% artaraq 1 barelə görə 85,17 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,42% artaraq, 81,5 dollar olub.