Avqustun 29-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040216 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 33 investor tərəfindən qiymət intervalı 83.3171 (14%) manat və 97.3800 (7.9995%) manat olan 74 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4051 (8.38%) manat, orta ölçülmüş qiyməti 96.7159 (8.2582%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198,840,500 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 25 avqust 2026-cı il.
Hərrac iştirakçıları 30 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.