BİRJA

29 Avqust

Sentyabrın 19-u və 26-da hərraclar keçiriləcək

Növbəti hərraclara 72 əmlak çıxarılacaq. İştirakçıların kiçik müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.  

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 19-da təşkil olunacaq hərraca 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. 

Sentyabrın 26-da keçiriləcək hərraca 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.