Avqustun 24-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2141024706 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,801.0389 (8.7%) manat və 9,806.1969 (8.47%) manat olan 5 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 24,450,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,805.5238 (8.5%) manat və orta ölçülmüş qiyməti isə 9,805.9292 (8.48%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 16.11.2023-cü ildir.