23 Avqust

Füzulidə yanğın törədən şəxs saxlanıldı

Avqust ayının 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub.

 

Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

 

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.