BİRJA

17 Avqust

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 17-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2138024701 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 5 nvestor tərəfindən qiymət intervalı 9,389.00 (9.3%) manat və 9,401.1469 (9.1%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,430,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,389.00 (9.3%) manat, orta ölçülmüş qiyməti isə 9,393.1213 (9.23%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 25.04.2024-cü ildir.