Avqustun 17-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2136024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,798.8003 (8.8%) manat və 9,821.2532 (7.8%) manat olan 7 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,350,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,798.8003 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9,804.1269 (8.56%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 09.11.2023-cü ildir.