BİRJA

16 Avqust

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 16-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2137024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9,576.3469 (9.48%) manat və 9,616.4 (8.55%) manat olan 9 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,530,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,605.5328 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9,611.5724 (8.66%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.  
Notların ödəmə tarixi 31.01.2024-cü ildir.