BİRJA

08 Avqust

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040190 ISIN-li, 90 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 36 investor tərəfindən qiymət intervalı 87.9790 (11.88%) manat və 96.1002 (8.4999%) manat olan 73 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.8421 (9 %) manat, orta ölçülmüş qiyməti 95.4277 (8.7662%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 399,425,500 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 4 avqust 2026-cı il.

Hərrac iştirakçıları 9 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.az