BİRJA

01 Avqust

Dünya fond bazarlarının indeks göstəriciləri

İyulun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0.28% – 35,559.53 bəndədək artıb, SP 500 indeksi 0.15% – 4,588.96 bəndədək, Nasdaq indeksi isə 0.21%– 14,346.02 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyulun 31-də Almaniyanın DAX indeksi 0.14% – 16,446.83 bəndədək enib, FTSE 100 indeksi 0.07% – 7,699.41 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.28% - 7,497.78 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.05% azalaraq 1.0992 dollar təşkil edib.