BİRJA

25 İyul

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 25-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 (qalıq 1001) gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 32 investor tərəfindən qiymət intervalı 85.9444 (13.5899%) manat və 96.9701 (8.8489%) manat olan 67 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7318 (9.7545%) manat, orta ölçülmüş qiyməti 95.5550 (8.7156%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 191,025,500 manat, yerləşdirilmiş həcmi isə 82,500,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 26 iyul 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.