BİRJA

25 İyul

Avropada qaz 7%-dən çox bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 347 ABŞ dollarını ötüb.

Fins.az xəbər verir ki, 24 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 347,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (323,2 dollar) ilə müqayisədə 7,4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.