BİRJA

24 İyul

Bakı Fond Birjasında CAREC Proqramı çərçivəsində görüş keçirilib

İyulun 24-də Bakı Fond Birjası Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əmakdaşlıq (CAREC) Proqramı çərçivəsində kapital bazarının tənzimləyicilərinin forumu, eləcə də iqlim va dayanıqlılıq üzrə layihələrin hazırlanması fondu sahasində görüş keçirib.

BFB-dan Fins.az-a verilən məlumata görə, görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, ölkəmizdə kapital bazarının cari vəziyyəti və inkişaf mərhələsinin öyrənilməsi, ilkin və təkrar bazarlar üzrə perspektiv, regional kapital bazarlarının inkişafı üçün sahələrin müəyyən edilməsi üzrə ətraflı müzakirələr aparılıb.