Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 32,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, iyulun 13-də hərracda tələb 19,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Zəminə Hüseyn
Fins.az