BİRJA

18 İyul

Dünya fond bazarlarının indeks göstəriciləri

İyulun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0.25% – 34,585.35 bəndədək, SP 500 indeksi 0,39% – 4,4522.79 bəndədək, Nasdaq indeksi isə 0.93%– 14,244.95 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyulun 17-də Almaniyanın DAX indeksi 0.23% – 16,068.65 bəndədək, FTSE 100 indeksi 0.38% – 7,406.42 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.12% - 7,291.66 bəndədək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.20% artaraq 1.1259 dollar təşkil edib.