Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,22% artaraq, 1 935,2 ABŞ dollarına bərabər olub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (sentyabr müqavilələri üzrə) isə 0,41% artaraq, 23,44 dollar təşkil edib.