İyulun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,62% – 33,944.40 bəndədək, SP 500 indeksi 0,24% – 4,409.53 bəndədək, Nasdaq indeksi isə 0.18%– 13,685.48 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyulun 10-da Almaniyanın DAX indeksi 0.45% – 15,673.16 bəndədək, FTSE 100 indeksi 0.23% – 7,273.79 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.45% - 7,143.69 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,17% artaraq 1.1020 dollar təşkil edib.