BİRJA

11 İyul

Dünya bazaralarında neft cüzi bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,48% artaraq 1 barelə görə 78,06 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,58% artaraq, 73,41 dollar təşkil edib.