Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.
Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 1.44% və ya 1.16 dollar azalaraq 79.28 ABŞ ollara ticarət edilib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.