BİRJA

06 İyul

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 6-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “GL” ASC-nin ümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, iyulun 13-də Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.