BİRJA

06 İyul

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növü

kuponlu, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0201040174

Emissiya həcmi

50 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1820 gün

Faiz ödənişləri (olduqda)

  9 yanvar 2024-cü il,   9 iyul 2024-cü il,

  7 yanvar 2025-ci il,    8 iyul 2025-ci il,

  6 yanvar 2026-cı il,    7 iyul 2026-cı il,

  5 yanvar 2027-ci il,    6 iyul 2027-ci il,

  4 yanvar 2028-ci il,    4 iyul 2028-ci il,

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

04.07.2028

Anderrayter

“Paşa Kapital İŞ”QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.