BİRJA

06 İyul

“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 6-da Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1,000 manat olan AZ2014022282 dövlət qeydiyyat nömrəli 2,500,000 (iki milyon beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilib.
 
İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.
 
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000 manat təşkil edib.
 
İstiqrazların ödəmə tarixi 06.07.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
 
Zəminə Hüseyn
Fins.az