BİRJA

06 İyul

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 6-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2112024701 dövlət qeydiyyat nömrəli 60 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9,346.4058 (9.99%) manat və 9,422.8504 (8.75%) manat olan 11 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46,840,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,346.4058 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 9,398.6061 (9.14%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 46,840,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 14.03.2024-cü ildir.

Zəminə Hüseyn
Fins.az