İyunun 23-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOA Agency" ASC-nin səhmləri standart bazar seqmentində şərti listinqə daxil edilib.
Fins.az xəbər verir ki, iyulun 5-də "BOA Agency" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir: