İyunun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,22% – 33,852.66 bəndədək, SP 500 indeksi 0,04% – 4,376.86 bəndədək azalıb, Nasdaq indeksi isə 0,27% – 13,591.75 bəndədək artıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında iyunun 28-də Fransanın CAC-40 indeksi 0,98% – 7,286.32 bəndədək, FTSE 100 indeksi 0,52% – 7,500.49 bəndədək, Almaniyanın DAX indeksi isə 0,64% – 15,949.00 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,26% azalaraq 1,0885 dollar təşkil edib.