İyunun 23-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə " BOA Agency " ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, “BOA AGENCY” ASC “Bakı Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılması öhdəliyini üzərinə götürür.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir: