BİRJA

21 İyun

TCMB-nin faiz qərarı sabah açıqlanacaq: İqtisadçılar uçot dərəcəsinin 19.25%-ə qədər arta biləcəyini deyirlər

Seçkidən sonra iqtisadiyyatın sükanı arxasına keçən Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək və Mərkəzi Bankın sədri Hafize Gaye Erkanın dövrünün ilk faiz qərarı sabah Bakı vaxtı ilə saat 15.00-da açıqlanacaq. İqtisadçılar 8.5% olan uçot dərəcəsinin 19.25%-ə qaldırıla biləcəyi ilə bağlı həmfikirdirlər.

Faiz artımı proqnozları üs-üstə düşür

"AA Finans"-ın 22 iyun Cümə axşamı günü keçiriləcək TCMB-nin Pul Siyasəti Komitəsinin iclası öncəsi proqnozlara dair sorğusunda 18 iqtisadçı iştirak edib. Xəbər Agentliyinin sorğusuna qatılan iqtisadçılar, bir həftəlik repo faizinin (siyasət faizi) 1075 baza bəndi artırılaraq 19.25% olacağını təxmin edirlər. 

İl sonuna uçot dərəcəsi proqnozları - 25% 

Anketin daha öncəki nəticələrinə görə, 350-2150 baza bəndi arasında artım proqnozlaşdıran iqtisadçıların faiz dərəcəsinə dair ehtimalları 12-30%, il sonu üçün isə 18-35% arasında idi. Son sorğunun nəticələrinə əsasən isə iqtisadçılar il sonu üçün uçot dərəcəsini 25% olaraq proqnozlaşdırırlar.