BİRJA

16 İyun

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 16-da Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8280 gün, nominal dəyəri 1,000 manat olan AZ2073008685 ISIN-li, 40,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.

İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.

 İstiqrazların  ödəmə tarixi 15 fevral 2046-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.