İyunun 16-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2103024702 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 167 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,605.6485 (8.85%) manat və 9,642.5997 (7.99%) manat olan 12 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,600,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,616.3606 (8.6%) manat, orta ölçülmüş qiyməti isə 9,624.8794 (8.4%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 30.11.2023-cü ildir.