BİRJA

16 İyun

Avropada qaz 4% bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 445 ABŞ dollarına yaxınlaşıb.

Fins.az xəbər verir ki, 15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 444,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 3,9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.